Articolo di Carlo Marino sull’Azerbaigian pubblicato in cinese e inglese

https://mp.weixin.qq.com/s/Zqp6HnzUFUIMd9vnTuO3tg

L’articolo è stato commentato in azero:

Çin mətbuatında tanınmış Avropa Xəbər Agentliyinin müxbirinin Azərbaycan haqqında məqaləsi dərc olunub

Çinin nüfuzlu “Tianouzhiku” xəbər portalında Avropa Xəbər Agentliyinin müxbiri, “Eurasiaticanews” portalının rəhbəri Karlo Marinonun müəllifi olduğu “Davamlı sülhün təməli kimi inkişaf: Azərbaycan nümunəsi” sərlöhvəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə müəllif Füzuli Beynəlxalq Hava Limanının açılışından və əhəmiyyətindən, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Azərbaycanın əzəli torpaqlarında aparılan bərpa-quruculuq işlərindən bəhs edib.

Müəllif carı ilin oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı olunan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanın texniki göstəricilərini diqqətə çatdırır. Bildirir ki, Hava Limanı strateji baxımdan mühüm yerdə inşa olunub və limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir.

Məqalədə Vətən müharibəsindən sonra Füzuli Beynəlxalq Hava Limanına enən ilk dövlət başçısının Prezident Rəcəb Tayyib Ərdoğan olduğunu diqqətə çatdıran müəllif Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin çox yüksək səviyyədə olduğunu qeyd edir.

Yazıda 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Azərbaycanın əzəli torpaqlarında İlkin infrastruktur layihələrinin icrasında  Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu, Toğanalı – Kəlbəcər yolu, eyni zamanda,  Horadizdən Zəngilana, Qubadlıya və  Laçın rayonuna qədər yol çəkilişi, Horadiz-Füzuli və Füzuli-Şuşa dəmir yolunun tikintisi, Horadiz-Ağbənd dəmir yolunun çəkilişi uğurla həyata keçirildiyi vurğulanır.

Məqalədə müəllif “Ağıllı kənd”, ”Ağıllı şəhər”  layihələri azad olunmuş ərazilərdə bərpa işləri istiqamətində atılan ilk addımlardan biri və eyni zamanda, “Böyük Qayıdış”ın başlanğıcı olduğunu qeyd edir.

Müəllif işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrıldığını diqqətə çatdırır.

Esperto in relazioni internazionali. Giornalista della European News Agency (Germania), corrispondente da Roma.