“Eurasiaticanews”un təsisçisi və direktoru Bakıda yerləşən Azərbaycan Milli Kitabxanasını ziyarət edib

25 aprel 2024-cü il tarixində Avropa Xəbər Agentliyinin İtaliya və Vatikan üzrə səlahiyyətli nümayəndəsi, Eurasiaticanews’un direktoru və təsisçisi Karlo Marino Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasını ziyarət edib.

İtaliyanın “Eurasiaticanews” saytı xəbər verir ki, Bakıda yerləşən Azərbaycan Respublikasının Milli Kitabxanası 1923-cü ildə yaradılıb və adını azərbaycanlı dramaturq və filosof Mirzə Fətəli Axundovdan almışdır. Kitabxana Xəqani küçəsində yerləşir və Rəşid Behbudov prospektinə və Nizami küçəsinə baxır. Onun fasadlarında müxtəlif yazıçı və şairlərin: Nizami Gəncəvi, Məhsəti, Üzeyir Hacıbəyov, Şota Rustaveli, Aleksandr Puşkinin və bir çox başqalarının heykəlləri var. Böyük səkkizmərtəbəli anbar binanın dörd mərtəbəsini tutur və kitabları oxu məntəqələrinə çatdıran xüsusi liftlərlə təchiz olunub. Oxu zallarının tutumu 500 yerdir. Sifarişlər elektron qeydiyyatdan sonra e-poçt vasitəsilə də qəbul edilir.

Kitabxana 25 bölmə və 26 sektordan ibarətdir. Kitabxana fondu təxminən 4514.000 kitab, əlyazma və çap mətnindən ibarətdir. “Eurasiaticanews”un direktoru Karlo Marino kitabxanaya giriş imkanına malik olub və həmçinin İtaliya-Azərbaycan Assosiasiyasının əməkdaşı Asiman Əsədovun müşayiəti ilə bəzi nadir əsərlərin bölmələrini lentə ala bilib.

Qeyd edilib ki, portalın əhatə etdiyi regionun kitabxanalarına səfər “Eurasiaticanews” mədəniyyət layihəsini təşkil edir.

Daha ətraflı: http://eurasiaticanews.altervista.org/la-biblioteca-nazionale-di-baku/

Esperto in relazioni internazionali. Giornalista della European News Agency (Germania), corrispondente da Roma.

Lascia un commento

Il tuo indirizzo email non sarà pubblicato. I campi obbligatori sono contrassegnati *

Questo sito usa Akismet per ridurre lo spam. Scopri come i tuoi dati vengono elaborati.